Ana Sayfa > Karusel / Sosial > Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah Bakıda 25 dərəcə isti olacaq


28-04-2022, 12:56. Yazar: Admin

Bakıda 33 dərəcə isti

Aprelin 29-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15° isti, gündüz 21-26° isti, Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.


Geri dön