Ana Sayfa > Karusel / İnfrastruktur > Azərbaycanda internet operatorlarının fəaliyyəti lisenziyalaşdırıla bilər
Azərbaycanda internet operatorlarının fəaliyyəti lisenziyalaşdırıla bilər28-04-2022, 12:43. Yazar: Admin |
Azərbaycanda internet provayderlərin fəaliyyətinin lisenziyalaşdırılmaması müəyyən qədər xaotik vəziyyət yaradıb ki, hazırda bazarda bu xaotikliyin fəsadları yaşanır. Qarabaginfo.az xəbər verir ki, bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, internet xidməti göstərən operatorlar daha çox bazarın əlverişli sahələrinə nüfuz edərək məhz orada xidmət göstərməkdə maraqlıdırlar. "Bu, daha çox şəhərin mərkəzi, yeni tikilən binalardır. Amma bazarda ənənəvi operatorlar adlandırdığımız "Aztelekom" və "Baktelecom"un isə üzərində dövlət tərəfindən qoyulan öhdəlik var və bu öhdəlik ondan ibarətdir ki, onlar Azərbaycanın ən ucqar kəndinə belə interneti çatdırsınlar. Ora fiber-optik xəttin çəkilişinə qoyulan investisiya növbəti 10-15 ilə özünü doğrultmur. Amma onlar bunu etmək məcburiyyətindədir. Lakin müasir tənzimləmə mexanizmləri onu tələb edir ki, universal telekommunikasiya fondu yaradılmaqla mərkəzdə əldə olunan gəlirlərin ədalətli bölgüsü və həmin regionlarda müsabiqə elan etməklə bu regionlara xidmət göstərən operatorların, həmən mərkəzdə əldə etdikləri gəlirlər vasitəsilə subsidiyalaşdırılması təmin edilsin. Bu sahədə qanunvericilik sənədləri hazırlanmaqdadır ki, biz bazarı ədalətli şəkildə tənzimləyə bilək", - Rəşad Nəbiyev qeyd edib. Geri dön |