Ana Sayfa > Karusel / Dünya > Erməni səfir ABŞ polisindən niyə kömək istəyib?

Erməni səfir ABŞ polisindən niyə kömək istəyib?


28-04-2022, 12:34. Yazar: Admin

 Erməni səfir ABŞ polisindən niyə kömək istəyib?

"Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts son 3 ayda üçüncü dəfə Amerika polisini köməyə çağıraraq amerikalı-erməni gəncləri hədəfə alıb".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın "Yerkir" saytı yazıb.

Məqalədə qeyd olunur: "Makunts bu dəfə polisdənABŞ Konqresində "erməni soyqırımı" qurbanlarının xatirəsini yad etmək üçün keçirilən tədbirdə iştirak edən gənclərin həbs etməyi tələb edib.

Bundan əvvəl səfir eyni qeyri-adi şəkildə hərəkət edərək, ABŞ-ın erməni gəncləri erməni hərbi əsirlərin azad edilməsinə yönəlmiş aksiya keçirərkən onların həbsinə nail olmağa çalışıb".

Bu onu göstərir ki, Ermənistanın özündə belə "erməni soyqırımı" kimi saxta şüarlara şübhələr yaranıb və Nikol Paşinyan iqtidarı belə sələflərinin siyasətini davam etdirməyin gərəksizliyini anlamağa başlayıb.


Geri dön