Ana Sayfa > Karusel / Dünya > Yaponiyanın baş naziri sabahdan Asiya və Avropanın beş ölkəsinə səfər edəcək
Yaponiyanın baş naziri sabahdan Asiya və Avropanın beş ölkəsinə səfər edəcək28-04-2022, 08:05. Yazar: Admin |
Yaponiyanın Baş naziri Fumio Kişida aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. Baş nazir aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək”,- deyə baş katib bildirib. Aprelin 26-da “Kyodo” agentliyi Kişidanın xaricə səyahət etmək niyyəti barədə məlumat yayıb. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Yoşimasa Hayaşi də səfərə gedəcək. O, aprelin 28-dən mayın 2-dək Qazaxıstan, Özbəkistan və Monqolustanda, mayın 6-dan 8-dək isə Sakit okeanın ada dövlətləri Fici və Palauda olacaq.(Apa) Geri dön |