Ana Sayfa > Karusel / Dünya > Duma ABŞ-ın Rusiyanı terrorizmi dəstəkləyən ölkə olması fikrinə münasibət bildirib
Duma ABŞ-ın Rusiyanı terrorizmi dəstəkləyən ölkə olması fikrinə münasibət bildirib28-04-2022, 04:18. Yazar: Admin |
Dövlət Duması ABŞ-ın Rusiyanın terroru himayə edən ölkələr siyahısına daxil edilməsi ilə bağlı fikirlərini qiymətləndirib. ABŞ-ın Rusiyanı terrorizmi maliyyələşdirən ölkə kimi tanıması Vaşinqtonun dialoqun dayandırılması istiqamətində atdığı addım olacaq. Qarabaginfo.az “RİA Novosti“yə istinadən xəbər verir kİ, bu sözləri Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev deyib. “ABŞ-ın dünyada terrorizmi dəstəkləyən ölkələrin siyahısını tərtib etməsi saxta hesab olunur”, - deyə deputat bildirib. Onun sözlərinə görə, əgər ABŞ həqiqətən də Rusiya Federasiyasını belə siyahıya salmaq istəsə, bu, Moskva ilə dialoqun dayandırılması istiqamətində növbəti addım kimi qiymətləndiriləcək. Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına daxil etməyi düşünür. Geri dön |