Ana Sayfa > Karusel / Region > Zelenski: “Aİ Ukraynanın ixrac malları üçün bütün kvotaları ləğv edə bilər”
Zelenski: “Aİ Ukraynanın ixrac malları üçün bütün kvotaları ləğv edə bilər”28-04-2022, 04:14. Yazar: Admin |
“Avropa Komissiyası Ukraynanın ixrac məhsularına dair rüsum və kvotaları bir il müddətinə ləğv etməyə, həmçinin antidempinq tariflərini dayandırmağa razılaşıb. İndi Avropa İttifaqı tərəfindən qərar hazırlanır”. Qarabaginfo.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Zelenskinin sözlərinə görə, müvafiq qərar Ukraynanın iqtisadi fəallığını və milli istehsalı qoruyub saxlaya biləcək. "Bu gün (dünən-red) mən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə bu təklifin detallarını müzakirə etdim. Şəxsən ona və bütün avropalı dostlarımıza bu addıma görə minnətdaram”, - Zelenski deyib. Geri dön |