Ana Sayfa > Karusel / Region > BMT Mariupoldan dinc sakinlərin təxliyəsi üçün qrup yaradıb
BMT Mariupoldan dinc sakinlərin təxliyəsi üçün qrup yaradıb28-04-2022, 03:59. Yazar: Admin |
BMT-nin Humanitar Məsələlər İdarəsi mülki əhalinin Ukraynanın Mariupol şəhərindən, "Azovstal" zavodunun ərazisindən təxliyəsi üçün qrup yaradıb. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib. “Moskva və Kiyevin hakimiyyət orqanları ilə mülki əhalinin təxliyəsi üçün operativ baza hazırlamaq üçün müzakirələr apardıq”, - Haq əlavə edib. O, bildirib ki, “Azovstal”dan təxliyənin başlaması üçün şərtlər, daha əvvəl BMT-yə bildirilmiş prinsipcə razılaşma hələ də təmin olunmayıb, Rusiya və Ukrayna hakimiyyət orqanları ilə əlaqələr davam edir. "Biz Rusiya və Ukraynanın hakimiyyət orqanları ilə işləyirik, mümkün qədər tez irəliləmək üçün əlimizdən gələni edirik. Müəyyən hərbi fəallıq var. Biz əmin olmalıyıq ki, bu, dayandırılıb və vəziyyət elə bir şəkildə olsun ki, biz insanları təhlükəsiz yerə çatdıra bilək”, - Haq vurğulayıb. Geri dön |