Ana Sayfa > Karusel / Gündəm > Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin müavinini qəbul edib
Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin müavinini qəbul edib27-04-2022, 20:24. Yazar: Admin |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qarabaginfo.az-ın xəbərinə görə, nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysi daxildir. Geri dön |