Ana Sayfa > Karusel > ABŞ-ın kommersiya neft ehtiyatları artıb
ABŞ-ın kommersiya neft ehtiyatları artıb27-04-2022, 19:01. Yazar: Admin |
Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 692 min barel artaraq 414 425 min barel təşkil edib. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 000 min barel artacağını proqnozlaşdırırdı. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. Geri dön |