Ana Sayfa > Karusel / Siyasət > Səfir: “Azərbaycanın gənc sənətkarlarının yunan mədəniyyətinə marağı məni sevindirir”

Səfir: “Azərbaycanın gənc sənətkarlarının yunan mədəniyyətinə marağı məni sevindirir”


27-04-2022, 18:22. Yazar: Admin

Səfir: “Azərbaycanın gənc sənətkarlarının yunan mədəniyyətinə marağı məni sevindirir”

Mədəni əlaqələr ölkələri bir birinə yaxınlaşdırır. Azərbaycanın gənc sənətkarlarının Yunan mədəniyyətinə olan marağı məni sevindirir.

Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Yunanıstanın Azərbaycandakı səfiri Nikos Piperikos deyib.

Mədəniyyət və İncəsənət Universitetində keçirilən Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş sərgiyə qatılan diplomat azərbaycanlı gənclərin sənət əsərlərindən təsirləndiyini söyləyib.

“Mən yazın gələcəkdə, xüsusilə də diplomatik münasibətlərimizin 30-cu il dönümündə belə sərgilərin, mədəni tədbirlərin təşkil olunması, ölkələrimiz, xalqlarımız arasında əlaqələrin, təmasın artmasını səbirsizliklə gözləyirəm. Musiqi, teatr sahəsində gələcəkdə layihələrin keçirilməsi ilə bağlı bəzi planlar var. Mədəniyyət sahəsində səmərəli əməkdaşlıq üçün çoxlu imkanlar var və biz bu imkanlardan istifadə etmək, yunan mədəniyyətini Azərbaycan ictimaiyyətinə göstərmək istəyirik”, - o deyib.


Geri dön