Ana Sayfa > Karusel / Sosial > Səhiyyə Nazirliyi: Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik

Səhiyyə Nazirliyi: Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik


31-03-2020, 09:49. Yazar: Admin

 

Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir.

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

"Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu məsələyə ciddi yanaşmırdı. Məsələn, kimsə darıxıb evə qonaq çağırır. Halbuki insanlarla təmasda olmaq təhlükəlidir”, - o qeyd edib.  


Geri dön