Ana Sayfa > Karusel / Gündəm > Fransa rəsmisi İrəvandan sonra Bakıya gəlir
Fransa rəsmisi İrəvandan sonra Bakıya gəlir27-04-2022, 17:06. Yazar: Admin |
Fransanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə Qarabaginfo.az-a Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Belə ki, Rokföy aprelin 11-14-də İrəvana səfərinin davamı olaraq bu danışıqların sonrakı gedişini müşayiət etmək üçün gələn həftə Bakıya səfər edəcək. Məlumatda, həmçinin qeyd olunur ki, Fransa Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son vaxtlar birbaşa telefon danışıqlarının aparılmasını, onların sərhəd məsələləri üzrə ikitərəfli komissiyanın toplanması və iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlara başlamaq qərarını alqışlayır: “Fransa bu prosesə hərtərəfli dəstəyini davam etdirəcək”. Geri dön |