Ana Sayfa > Karusel / Region > Ukrayna kəşfiyyatı: KTMT-yə üzv dövlətlər müharibədə iştirakdan imtina edir

Ukrayna kəşfiyyatı: KTMT-yə üzv dövlətlər müharibədə iştirakdan imtina edir


27-04-2022, 17:03. Yazar: Admin

Ukrayna kəşfiyyatı: KTMT-yə üzv dövlətlər müharibədə iştirakdan imtina edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ukraynaya qarşı müharibədə iştirak etmək istəyi nümayiş etdirmir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiyanın təkidlərinə baxmayaraq, KTMT üzvləri “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlanan ərazilər də daxil olmaqla, öz ölkələrindən kənarda sülhməramlı əməliyyatların aparılması ilə bağlı qərar qəbul etmək istəmirlər.

Məlumatda vurğulanıb ki, KTMT üzvləri milli kontingentlərinin məhdud şəkildə Rusiya Federasiyası və ya Belarus ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirə bilər. Lakin bu, yalnız həmin ölkələrin Ukraynanın hücumuna məruz qalmasını rəsmi şəkildə bəyan etmələrindən sonra mümkün ola bilər.


Geri dön