Ana Sayfa > Karusel / Region > Paşinyan dərhal həbs edilsin! - Hərbçi analarından ETİRAZ

Paşinyan dərhal həbs edilsin! - Hərbçi analarından ETİRAZ


27-04-2022, 16:41. Yazar: Admin

44 günlük müharibədə həlak olan erməni əsgərlərin valideynləri çərşənbə günü Ermənistan Baş Prokurorluğunun qarşısında toplaşaraq etiraz aksiyası keçiriblər.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Etirazçılar Baş nazir Nikol Paşinyanın dərhal həbs edilməsini tələb ediblər.

 

“Baş nazir təhlükənin miqyasını dərk edən kimi ölkəni tərk edəcək. Onun qarşısını almaq lazımdır”, - nümayişçilərdən biri deyib.

 

Müharibədə ölən hərbçilərin yaxınları Paşinyanın təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi tələbinə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cavab verənə qədər Baş Prokurorluğun binasında qalmağı planlaşdırırlar.


Geri dön