Ana Sayfa > Karusel / Cəmiyyət > Metroda qatar yoluna düşən qızlar azyaşlıdır - RƏSMİ

Metroda qatar yoluna düşən qızlar azyaşlıdır - RƏSMİ


27-04-2022, 16:38. Yazar: Admin

Bu gün Bakı metrosunda qatar yoluna düşərək qaçan qızlar azyaşlılardır.

 

Bu barədə Qarabaqinfo.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Qızlar xəsarət almayıblar. Onların valideynləri ilə söhbət aparılır. Araşdırmanın nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək". 

 

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin məlumatına görə, iki qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. Bu səbəbdən  “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə “20 Yanvar” stansiyasına çıxarılıb. 


Geri dön