Ana Sayfa > Karusel / Gündəm > Putin və Zelenski yaxın günlərdə görüşə bilər - NAZİR

Putin və Zelenski yaxın günlərdə görüşə bilər - NAZİR


27-04-2022, 12:19. Yazar: Admin

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Almaniyanın Ramstein NATO Hava Hücumundan Müdafiə Bazasında keçirilən “Ukrayna üzrə Müdafiə və Təhlükəsizlik Məsləhət Qrupu Toplantısı”ndan sonra diqqətçəkən açıqlamalar verib.

 

Qarabaginfo.az xəbər verir ki, Akar Ukraynadakı vəziyyətə toxunaraq, bu ölkədəki hadisələri yaxından izlədiklərini bildirib:

 

"Baş verənləri narahatlıqla izləyirik. Aldığımız xəbərlərə görə, bəzi narahatlıq doğuran məqamlar var. Bütün ölkələr kimi biz də onların aradan qaldırılması üçün müxtəlif səylər göstəririk. Ümumiyyətlə, dialoq və mötədil yanaşma vacibdir. Biz məsələnin sülh yolu ilə həllinin daha asan tapıla biləcəyini düşünürük".

 

Akar NATO-nin toplantısında Türkiyənin mövqeyini ifadə etdiklərini söyləyib. O eyni zamanda Rusiya və Ukrayna liderlərinin görüş məsələsinə də toxunub.

 

"Türkiyə əvvəldən cənab prezidentimizin rəhbərliyi ilə məsələyə münasibət sərgiləyib. Böhranın başlanğıcında müharibənin qarşısını almaq, sonra atəşkəsin ən qısa zamanda təmin edilməsi üçün çox ciddi və əhatəli araşdırmalar apardıq. Antalya Diplomatiya Forumunda Rusiya və Ukrayna nazirləri bir araya gətirildi. Daha sonra prezidentimiz Putin və Zelenski ilə dəfələrlə əlaqə saxladı.

 

Müəyyən çətinliklər olsa da, ümid edirik ki, prezidentimizin təklifləri ilə bəlkə də yaxın günlərdə iki liderin bir araya gəlməsi mümkün olacaq. Türkiyə olaraq getdikcə pisləşən humanitar vəziyyətin daha da pisləşməməsi və atəşkəsin ən qısa zamanda əldə olunması üçün vasitəçilik də daxil olmaqla, lazım olan hər şeyi etməyə, vəziyyətin normallaşmasına töhfə verməyə davam edirik".


Geri dön