Ana Sayfa > Karusel / Region > “Azərbaycan da Putinə “yox” dedi” - Rusiya mətbuatı

“Azərbaycan da Putinə “yox” dedi” - Rusiya mətbuatı


27-04-2022, 08:07. Yazar: Admin

 “Azərbaycan da Putinə “yox” dedi” - Rusiya mətbuatı

"Təkcə Avropa İttifaqı deyil, Azərbaycan da Rusiya prezidenti Vladimir Putinin tələblərini yerinə yetirməkdən - qazın pulunu rublla ödəməkdən imtina edib. Rusiyanın belə bir ultimatumu mavi yanacağın dollar və avro ilə ödənilməsini nəzərdə tutan uzunmüddətli müqavilələri pozur".

Qarabaginfo.az Rusiyanın “İnterfax” nəşrinə istinadla xəbər verir ki, Azərbaycan Putinin tələbinə tabe olmağa və qazın pulunu rublla ödəməyə hazır olduqları haqda yayılmış məlumatları təkzib edib.

"Bazar ertəsi mətbuatda Azərbaycan Respublikasının Rusiyadan idxal etdiyi qazın dəyərini rublla ödəyəcəyi ilə bağlı məlumatlar yayılıb. Bu məlumat reallığı əks etdirmir",- deyə SOCAR-dan bildiriblər.

“Qazprom”un Azərbaycana qaz tədarük etdiyi müqavilə 2023-cü ilə qədər hesablanıb. Rusiyanın heç bir şərtə, o cümlədən mallar üçün ödəməli olduğunuz valyutaya birtərəfli qaydada yenidən baxmaq hüququ yoxdur.

"Təchizat həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlakının səviyyəsindən asılı olacaq", - nəşr yazır.

Xatırladaq ki, Avropa Komissiyası Putinin qazın pulunu rublla ödəmək tələbindən xəbərdardır və bunun sanksiyalar planını pozacağı qənaətinə gəlib. Belə ki, heç bir Avropa İttifaqı ölkəsi mavi yanacağın pulunu Rusiya valyutası ilə ödəməməlidir.

Qeyd edək ki, Ukrayna Avropa İttifaqına Rusiya nefti və qazının pulunu “İran modeli” ilə ödəməyi təklif edib. Təklifə görə, ödənişlər Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra Rusiya Federasiyasının qəbul edə biləcəyi hesablara köçürüləcək.

Hazırda Avropa böyük miqyasda Rusiya qazından asılı vəziyyətdədir. Rusiya bu vəziyyətdən istifadə edərək rublun məzənnəsini sabitləşdirmək istəyir və o üzdən də Avropa idxalçılarından tələb edib ki, onlar Rusiya banklarında hesab açsınlar və qazın pulunu rublla ödəsinlər. Bunun üçün onlar Rusiya banklarına dollar ödəyərək rubl almalıdırlar ki, bu da rubla tələbatı artırmalı, nəticədə rubl bahalaşmalıdır. Amma hələlik Macarıstandan başqa heç bir ölkə buna hazır olduğunu bildirməyib. İqtisadçı ekspertlərin fikrincə, hətta bu addım da rublun məzənnəsini uzun müddət saxlaya bilməz. Çünki nəticə etibarı ilə Rusiya eyni həcmdə dollar əldə edəcək. Hazırda bu qərarın psixoloji təsiri altında rublun məzənnəsi yüksəlsə də, Rusiya banklarında rəsmi məzənnə ilə dollar almaq mümkün deyil. Dolları yalnız qara bazardan və 40 faiz baha qiymətə almaq mümkündür.(Bizimyol.info) 


Geri dön