Ana Sayfa > Karusel / Dünya > ABŞ Qərbi Balkan ölkələrinin Aİ-yə qoşulmasının tərəfdarıdır

ABŞ Qərbi Balkan ölkələrinin Aİ-yə qoşulmasının tərəfdarıdır


27-04-2022, 07:59. Yazar: Admin

PeyamaKurd

Amerika Birləşmiş Ştatlar Qərbi Balkanların bütün ölkələrinin Avropa İttifaqına qoşulmasının tərəfdarıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Serbiya Prezidenti Aleksandar Vuçiçlə danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, bu Amerikanın regionla bağlı xarici siyasətinin prioritetlərindən biridir.

Prezident Vuçiç öz növbəsində Serbiya üçün əsas marağın regionda sabitliyin qorunması olduğunu, bu mənada mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin ölkənin xarici siyasətinin fundamental və dəyişməz başlanğıc nöqtəsi olduğunu qeyd edib.(Report)


Geri dön