Ana Sayfa > Karusel / Dünya > BMT veto hüququndan istifadə qaydasını dəyişib
BMT veto hüququndan istifadə qaydasını dəyişib27-04-2022, 07:57. Yazar: Admin |
BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının 5 üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən edən qətnamə qəbul edib. Qarabaginfo.az “Le Matin” saytına istinadla xəbərinə görə, Lixtenşteynin təklif etdiyi layihə TŞ-nin veto hüququna malik 5 üzvünə - ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransaya şamil edilir. BMT-nin baş katibi Antonio Quterreş də Rusiyaya səfəri zamanı məsələyə münasibət bildirib. Baş katib bildirib ki, veto hüququndan yerində istifadənin tərəfdarıdır: “Veto hüququ həddən artıq çox istifadə edilib. Bir çox hallarda isə ondan istifadə vacib əhəmiyyət kəsb etməyib”. Statistikaya görə indiyədək veto hüququndan indiyədək ən çox Rusiya istifadə edib (143 dəfə). Növbəti yerlərdə ABŞ (86), Birləşmiş Krallıq (30), Çin və Fransa (hər biri 18 dəfə) gəlir.(Apa) Geri dön |