ABŞ prezidenti Cozef Bayden Bridcet Brinkin Ukraynaya səfir təyin olunması üçün Senata namizədliyini irəli sürüb.
Qeyd olunub ki, Brink hazırda Slovakiyada səfir vəzifəsini tutur.
2019-cu ildən, o zamankı prezident Donald Tramp Mari Yovanoviçi vəzifəsindən azad etdikdən sonra ABŞ-ın Ukraynada tamhüquqlu səfiri yoxdur. Kiyevdən Lvova, oradan da Polşaya təxliyə edilən səfirlik müvəqqəti işlər vəkili Kristina Qvinnin rəhbərliyi altında işləyir.