Ana Sayfa > Karusel / Region > İran-Azərbaycan dəmir yollarının birləşdirilməsi layihəsinin icrasına hazırlıq başa çatıb
İran-Azərbaycan dəmir yollarının birləşdirilməsi layihəsinin icrasına hazırlıq başa çatıb27-04-2022, 03:55. Yazar: Admin |
İranın Parsabad şəhərinin Təzəkənd bölgəsindən dəmir yolunun Azərbaycana birləşdirilməsi layihəsinin icrasına hazırlıq işləri tamamlanıb. Qarabaginfo.az xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin başçısı Həmid Amuli Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşdə deyib. O bildirib ki, Bakıda keçirilən iqtisadi komissiyanın iclasında aparılan danışıqlara əsasən layihənin icrasına hazırlıq işləri tamamlanıb: "İclasdan sonra qərara alındı ki, Azərbaycanın İrandakı səfirliyinin koordinasiyası ilə Tehranda və Bakıda dəmir yolu ilə bağlı iclas keçirilsin. Təzəkənddən Azərbaycana dəmir yolunun birləşdirlməsi layihəsi icra olunsun" Ərdəbil vilayətinin başçısı İran və Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayaraq qeyd edib ki, hər iki ölkənin rəhbərləinin iradəsi ilə bu əlaqələr daha da güclənəcək. Ərdəbil vilayətinin İran və Azərbaycan əlaqələrinin inkişafındakı rolundan danışan H.Amuli qeyd edib ki, Azərbaycanın İranla sərhəddinin çox hissəsi Ərdəbilin ərazisinə düşür. "Ərdəbil vilayəti Azərbaycanla 386 kilometr sərhəddə malikdir. Mədəni oxşarlıq, dil və dinin bir olması iki ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdırır. Biz çalışmalıyıq ki, Azərbaycanla əlaqələrin inkişafında Ərdəbil vilayətinin rolunu artıraq". Amuli Biləsuvar sərhəd-keçid məntəqəsinin yenidən fəaliyyətinin bərpa olmasının zərurətindən danışıb və qeyd edib ki, Biləsuvar sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə bağlı danışıq aparılıb və ümid edir ki, ilk fürsətdə keçid məntəqəsi tam fəaliyyət göstərəcək. H.Amuli Azərbaycanın İrandakı səfiri ilə Ərdəbil vilayəti və Azərbaycan arasında ticarət əlaqələrinin artırılması haqqında danışıqlar apardığını vurğulayıb: "Həm Azərbaycanın İrandakı səfiri cənab Əli Əlizadənin, həm də Ərdəbil vilayəti rəhbərliyinin istəyi ticarət əlaqələrini inkişaf etdirməkdir. Son aylar koronavirus məhdudiyyətlərinə baxmayaraq Ərdəbil vilayəti ilə Azərbaycan arasında ticarət əlaqələsi artıb. Lakin məhdudiyyətlərin ləğvi ilə ticrət mübadiləsi daha da artacaq". Qeyd edək ki, Azərbaycanın İrandakı səfəri Əli Əlizadə Ərdəbil vilayətinə səfər edib. O səfər çərçivəsində İranın Ali Liderinnin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyid Həsən Amuli ilə görüşüb. Diplomat Ərdəbil əyalətinin sənaye şəhərciyində bir neçə istehsal müəssisəsinə baş çakib.(Apa) Geri dön |