Ana Sayfa > Karusel / Region > Britaniya XİN: Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq

Britaniya XİN: Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq


27-04-2022, 03:49. Yazar: Admin

 

Britaniya XİN: Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq

Britaniya xarici siyasət idarəsinin rəhbəri Liz Tras qərb ölkələrini Ukraynaya tank və təyyarə verməyə, həmçinin rus qazından imtinaya çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazirin bir tədbirdə çıxışından edilən çıxarışda bildirilib.

Britaniya xarici siyasət idarəsinin rəhbəri Liz Tras qərb ölkələrini Ukraynaya tank və təyyarə verməyə, həmçinin rus qazından imtinaya çağırıb.

“Biz uzunmüddətli perspektivə hazır olmalı və Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq. Biz ehtiyatlarımızdakı ağır silahları, tank və təyyarələri gözdən keçirməli, istehsalı artırmalıyıq”, - deyə Tras bildirib.

Diplomat həmçinin bildirib ki, Qərb Rusiyaya təzyiqləri artırmaqla yanaşı bu ölkədən neft və qaz idxalından da imtina etməlidir.


Geri dön