Ana Sayfa > Karusel / Gündəm > ABŞ-ın vitse-prezidenti koronavirusa yoluxub

ABŞ-ın vitse-prezidenti koronavirusa yoluxub


26-04-2022, 21:58. Yazar: Admin

Kamala Harris

ABŞ-ın vitse-prezidenti Kamala Harris koronavirusa yoluxub.

Qarabaginfo.az-ın TASS-a istinadla xəbərinə görə, bu barədə vitse-prezidentin mətbuat katibi Kirsten Allen məlumat yayıb.

 

Qeyd olunur ki, Kamala Harrisdə xəstəliyin heç bir simptomu görünməyib. Onun son vaxtlar Prezident Co Baydenlə və birinci xanımla yaxın təması olmayıb.

Harris özünü təcrid edəcək və vitse-prezidentin rezidensiyasından işini davam etdirəcək. Vitse-prezident Ağ Evə testin nəticəsi mənfi çıxanda qayıdacaq.


Geri dön