Ana Sayfa > Karusel / Cəmiyyət > Özünü DİN-in qarşısında yandırdı - SƏBƏB

Özünü DİN-in qarşısında yandırdı - SƏBƏB


26-04-2022, 17:32. Yazar: Admin

Daxili İşlər Nazirliyinin (DİN) binasının qarşısında orta yaşlı şəxs özünü yandırıb.

 

Nazirliyinin Mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumatda bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar.

 

“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”, - deyə məlumatda qeyd olunub.


Geri dön