Ana Sayfa > Karusel / İqtisadiyyat > Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir

Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir


26-04-2022, 16:35. Yazar: Admin

2020-ci il fiziki şəxslərin gəlir vergisi üzrə ödəmələri 33%-dən çox artacaq | ENA.az

Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividentlər və faiz gəlirləri 2023-cü il fevralın 1-dən etibarən 5 müddətinə gəlir vergisindən azad ediləcək.

Eyni zamanda, layihəyə görə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizmi tətbiq ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Geri dön