Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda Rusiyanın helikopterlərin təmiri və texniki xidmət mərkəzi yaradılıb

Azərbaycanda Rusiyanın helikopterlərin təmiri və texniki xidmət mərkəzi yaradılıb


26-04-2022, 16:10. Yazar: Admin

 

Helikopter - Vikipedi

Azərbaycanda Rusiya investorlarının iştirakı ilə helikopterlərin təmiri və texniki xidmət mərkəzinin tikintisi başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 20-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev bildirib.

O deyib ki, mərkəz bu ilin üçüncü rübündə tam fəaliyyətə başlayacağı planlaşdırılır.

Qeyd edək ki, mərkəzin təməlqoyma mərasimi 2019-cu ildə dekabrın 9-da “Zabrat” aeroportunun ərazisində keçirilib. Bununla bağlı“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Helikopterləri” SC-nin baş direktoru Andrey Boginskiy tərəfindən müvafiq saziş imzalanıb.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı helikopterin təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.


Geri dön