Ana Sayfa > Karusel / Region > Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalanıb


26-04-2022, 16:05. Yazar: Admin

Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, ölkələr arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqaviləni Azərbaycan respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk imzalayıblar.

Tərəflər həmçinin, iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 20-ci iclasının protokoluna da imza atıblar.

İmzalanan sənədlər sırasında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyini ilə Rusiya Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası arasında niyyət protokolu da yer alıb. Sənədi qurumların rəhbərləri, Azərbaycan tərəfdən Orxan Məmmədov və Rusiya tərəfdən isə Aleksandr İsayeviç imzalayiblar.


Geri dön