Ana Sayfa > Karusel / Region > Britaniyalı parlamentari: “Azərbaycan minatəmizləmə üzrə beynəlxalq mərkəzə çevrilir”
Britaniyalı parlamentari: “Azərbaycan minatəmizləmə üzrə beynəlxalq mərkəzə çevrilir”26-04-2022, 16:02. Yazar: Admin |
Azərbaycan minatəmizləmə üzrə beynəlxalq mükəmməllik mərkəzinə çevrilmək prosesindədir. Mən fəxr edirəm ki, Böyük Britaniya buna nail olmaqda böyük rol oynayır. Qarabaginfo.az xəbər verir ki, bu sözləri Böyük Britaniya parlamentində İcmalar Palatasının üzvü, Partlayış Təhlükələri üzrə Parlament Qrupunun sədri Metyu Offord "Conservative Home" saytında minalar üzrə yazdığı məqaləsində deyib. O bildirib ki, Britaniya Xarici İşlər Nazirliyi bu yaxınlarda minalarla bağlı maarifləndirmə təlimini və xəbərdarlıq lövhələrinin quraşdırılmasını maliyyələşdirmək üçün regionda minalardan təmizləmə işlərinə 500.000 funt sterlinq bağışlayıb. Britaniyalı parlamentari həmçinin qeyd edib ki, Britaniya şirkətləri və qeyri-hökumət təşkilatları da ilkin minalardan təmizləmə dronları və texniki dəstək şəklində öz yardımlarını göstərir.
"Azərbaycanda bir uğur hekayəsinin yaranmağa başladığını görürük. Minalar təmizləndikcə, yeni magistrallar yollar çəkilir və ərazinin yenidən məskunlaşmasına və köçkünlərin təxminən 30 ildən sonra öz şəhərlərinə qayıtmasına kömək etmək üçün infrastruktur layihələri sürətlə inkişaf edir". O yazısında Ağdamın 1993-cü ildə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında başlanmış şiddətli döyüşlərdən sonra hazırda dağıldığını, o vaxtdan bəri bölgədə partlamamış silahlar nəticəsində təxminən 3500 nəfərin həlak olduğunu da qeyd edib. Metyu Offord bildirib ki, 2020-ci ildə sülh sazişindən sonra münaqişə rəsmi olaraq sona çatıb və indi yenidənqurma işlərinə başlanılıb. Deputat qeyd edib ki, həmin iki il ərzində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) ən müasir avadanlıqlardan istifadə etməklə, ümumilikdə 55 min partlamamış hərbi sursat və minadan 19 min hektar ərazini təmizləyib. Geri dön |