Ana Sayfa > Karusel / Region > Zelenski Ərdoğanla danışığının mövzusunu açıqlayıb

Zelenski Ərdoğanla danışığının mövzusunu açıqlayıb


26-04-2022, 07:36. Yazar: Admin

 

Zelenski Ərdoğanla danışdı: "Buna görə minnətdaram"

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığının mövzusunu açıqlayıb.

Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb. “Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq.

Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara dəniz limanlarını bağlayan Rusiyanın dünya ərzaq bazarına yaratdığı təhlükələri də ətraflı müzakirə etdik. Artıq bir çox ölkələrdə ərzaq qiymətlərinin artması kritik həddə çatıb. Amma bu hələ başlanğıcdır”, - Zelenski deyib.

Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri çatdırıb. Ukraynanın bəzi şəhərlərinə hücumların davam etdirildiyini deyən Prezident Rusiyaya qarşı daha çox sanksiyaların tətbiq edilməsini və bütün dünya ictimaiyyətindən daha çox dəstək tələb edib.


Geri dön