Ana Sayfa > Karusel / Gündəm > Səməd Seyidov: "AŞPA-dakı erməni deputatlar revanşist ideyalarından əl çəkmirlər"

Səməd Seyidov: "AŞPA-dakı erməni deputatlar revanşist ideyalarından əl çəkmirlər"


25-04-2022, 20:14. Yazar: Admin

Səməd Seyidov

AŞPA-nın yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyada çıxış edib.

Qarabaginfo.az-ın xəbərinə görə, Səməd Seyidov bildirib ki, Azərbaycan bölgədə sülhün təmin olunması üçün əlindən gələn hər şeyi edib və etməyə də davam edəcək. Səməd Seyidov deyib ki, Assambleyadakı erməni deputatlar revanşist ideyalarından əl çəkmirlər və barışıq yerinə müharibə haqqında danışırlar. O bildirib ki, iki ölkə arasında barışıq və etimadın qurulması ilə bağlı tədbirlər görməyin zamanıdır.

 

O çıxışında erməni deputatları Avropa Şurasının dəyərlərinə qayıtmağa çağırıb.


Geri dön