Ana Sayfa > Karusel / Gündəm > Küçədə “salfetka” satan 14 yaşlı qız itkin düşdü

Küçədə “salfetka” satan 14 yaşlı qız itkin düşdü


25-04-2022, 19:56. Yazar: Admin

 Küçədə “salfetka” satan 14 yaşlı qız itkin düşdü

Bakıda 14 yaşlı qız itkin düşüb.

Qarabaginfo.az xəbər verir ki, hadisə aprelin 22-də Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Məryəm Bukavadze İsmayıl qızı yaşadığı Əmircan qəsəbəsi, 2-ci mədən küçəsi ev 8 ünvanından çıxaraq itkin düşüb.

Məlumata görə, 14 yaşlı qız küçələrdə “salfetka” satışı ilə məşğul olub.

Hazırda Suraxanı RPİ-nin 31-ci PB-də araşdırma aparılır.


Geri dön