Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bəxtiyar Hacıyev Əbülfət Rzayevlə görüşdü
Ana Sayfa > Karusel / Gündəm > Bəxtiyar Hacıyev Əbülfət Rzayevlə görüşdü

Bəxtiyar Hacıyev Əbülfət Rzayevlə görüşdü


25-04-2022, 19:41. Yazar: Admin

Bəxtiyar Hacıyev Əbülfət Rzayevlə görüşdü

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayor Əbülfət Rzayev ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında yazıb.

“Mənə qarşı törədilmiş cinayətdən dörd gün keçib, məsələ nazirin nəzarətindədir, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi qəbul edib, CM-nin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb”.

Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazmış, eyni gündə də məsələ ilə bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilmişdi.


Geri dön