Ana Sayfa > Karusel / Gündəm > Polad Bülbüloğlu Bakıda qəza törətdi 

Polad Bülbüloğlu Bakıda qəza törətdi 


25-04-2022, 16:49. Yazar: Admin

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.

Qarabaginfo.az Oxu.az-a istinadən xəbər verir ki, P.Bülbüloğlu idarə etdiyi BMV markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mersedes” markalı maşına arxadan vurub.

Qəza Səbail rayonu Xəqani küçəsində baş verib.

Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.

 


Geri dön