Ana Sayfa > Karusel / Dünya > ÜST-nin Avropa üzrə Regional Ofisinin direktoru Azərbaycana gəlir

ÜST-nin Avropa üzrə Regional Ofisinin direktoru Azərbaycana gəlir


25-04-2022, 15:32. Yazar: Admin

Hans Kluge

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin direktoru Hans Henri P. Kluge Azərbaycana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, aprelin 27-dən başlayacaq səfər çərçivəsində Hans Kluge səhiyyə naziri Teymur Musayevlə görüşəcək.

Hans Klugenin Şamaxıda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən tədbirlərin aralıq qiymətləndirilməsinə dair iclasda iştirakı, Şamaxı rayonu Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə səfəri və ÜST-nin Şamaxıdakı təlim mərkəzinə səfər və ilkin səhiyyə xidmətinin təkrar təşkili modeli ilə tanışlığı nəzərdə tutulub.


Geri dön