Ana Sayfa > Karusel / Region > Rusiya FTX: Solovyovun qətlini planlaşdıran dəstə üzvləri saxlanılıb

Rusiya FTX: Solovyovun qətlini planlaşdıran dəstə üzvləri saxlanılıb


25-04-2022, 15:30. Yazar: Admin

Vladimir Solovyov

 

“Kiyevin göstərişi ilə məşhur rusiyalı jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran neonasistlər saxlanılıb”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) yaydığı məlumatda bildirilib.

“Rusiya FTX İstintaq Komitəsi ilə birlikdə Rusiyada qadağan edilmiş “National Socialism/White Power” neonasist terror təşkilatının Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə ictimai xadim, tanınmış jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran Rusiya vətəndaşlarından ibarət olan bir qrup üzvünü saxlayıb”, - məlumatda qeyd olunub.

Vurğulanıb ki, axtarışlar zamanı saxlanılan şəxslərdən 8 ədəd “Molotov kokteyli” tipli yandırıcı vasitə, 6 ədəd “PM” tapançası, kəsilmiş ov tüfəngi, bir RQD-5 qumbarası, mindən çox müxtəlif çaplı patron, narkotik vasitə, saxta Ukrayna pasportları, qrup üzvlərinin fotoşəkilləri, millətçi ədəbiyyat və əşyalar götürülüb.


Geri dön