Ana Sayfa > Karusel / Region > Ukrayna münaqişəsi ciddi problemlərə səbəb olacaq

Ukrayna münaqişəsi ciddi problemlərə səbəb olacaq


25-04-2022, 10:37. Yazar: Admin

Ukrayna müharibəsi son nəticədə bir sıra Avropa ölkələrində sosial və iqtisadi problemlərə gətirib çıxara bilər.

 

Qarabaqinfo.az xəbər verir ki,  bunu  “Hürriyet” qəzetinə müsahibəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

“Müharibə uzanarsa, Avropa ölkələrində sosial və iqtisadi problemlər yaranacaq. Bu vəziyyət həmin ölkələrin xalqlarına təsir edəcək”, - deyən nazir hansı Avropa dövlətlərindən bəhs etdiyini açıqlamayıb.

 

Eyni zamanda, Akar, qəzetin yazdığına görə, jurnalistin Türkiyənin Finlandiyanın NATO-ya mümkün daxil olmasına dəstək olub-olmaması sualını cavablandırmaqdan yayınıb.


Geri dön