Ana Sayfa > Karusel / Dünya > Kosmik turist gəmisi BKS-dən ayrılaraq Yerə qayıdır

Kosmik turist gəmisi BKS-dən ayrılaraq Yerə qayıdır


25-04-2022, 07:14. Yazar: Admin

Rusiya kosmosa turist aparacaq

Dörd kosmik turisti daşıyan “Crew Dragon” gəmisi uzun gecikmədən sonra Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq Yer kürəsinə qayıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NASA-nın rəsmi saytındakı canlı yayımda uçuşun idarəetmə mərkəzindən bildirilib.

“Fiziki ayrılma təsdiqlənib”, - canlı yayımda vurğulanıb.

“Crew Dragon” ilk tam kommersiya uçuşunu nəzərdə tutulan eniş sahəsindəki əlverişsiz hava şəraiti səbəbindən planlaşdırılandan beş gün gec tamamlayır.

Eniş bu gün Bakı vaxtı ilə saat 21:00-da ABŞ-ın Florida ştatının sahilində planlaşdırılıb.

Qeyd edək ki, “SpaceX” şirkəti tərəfindən yaradılan “Crew Dragon” aprelin 8-dən uçuşa başlayıb. Missiyanın operatoru “Axiom Space”dir. Şirkət üçün bu, NASA ilə razılaşdırılmış BKS-ə iki turistik reysdən birincisidir.


Geri dön