Ana Sayfa > Karusel / Dünya > Le Pen prezident seçkilərinin ikinci turunda məğlubiyyətini etiraf edib

Le Pen prezident seçkilərinin ikinci turunda məğlubiyyətini etiraf edib


24-04-2022, 22:54. Yazar: Admin

EU fraud agency accuses Marine Le Pen of misusing public funds

Milli Birlik Partiyasının namizədi Marin Le Pen Fransa prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.

Qarabaginfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, Le Pen seçki məntəqələri bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb.

Eyni zamanda o, yayda keçiriləcək parlament seçkilərində partiyasını dəstəkləməyə çağırıb.

Qeyd edək ki, seçki məntəqələrindən daxil olan ilkin məlumatlara görə, Emmanuel Makron 57,6 faiz, onun rəqibi, ifrat sağ təmayüllü “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə 42,4 faiz səs toplayıb.

Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.(Report)


Geri dön