Ana Sayfa > Karusel / Dünya > Səfirlik: Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Bakıdadır

Səfirlik: Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Bakıdadır


24-04-2022, 21:29. Yazar: Admin

Endryu Şofer

 

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Bakıda səfərdədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"24-29 aprel tarixlərində Bakıda səfərdə olacaq ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir", - qeyd olunub.

Şofer daha əvvəl Ermənistanda səfərdə olub.


Geri dön