Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan karateçiləri Premyer Liqa turnirini 2 medalla başa vurub

Azərbaycan karateçiləri Premyer Liqa turnirini 2 medalla başa vurub


24-04-2022, 20:46. Yazar: Admin

Спорт | 1news.az | Новости

Azərbaycan karateçiləri Portuqaliyanın Matozinyuş şəhərində keçirilən Karate1 Premyer Liqa turnirini iki medalla başa vurub.

Qarabaginfo.az-ın məlumatına görə, 68 kq-da çıxış edən qadın idmançı İrina Zaretska və 75 kq-da yer alan Fərid Ağayev finalda İtaliya təmsilçilərinə uduzaraq, gümüş medal qazanıblar.

Həlledici qarşılaşmalarda Zaretska Silvia Semeraro ilə, Ağayev isə Daniele Da Vivo ilə bacarmayıb.

Qeyd edək ki, Azərbaycanın digər 2 təmsilçisi Tural Ağalarzadə (67 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qarşılaşmalarında məğlub olublar.


Geri dön