Ana Sayfa > Karusel / Gündəm > "Qarabağ" "Qəbələ"ni məğlub etdi
"Qarabağ" "Qəbələ"ni məğlub etdi24-04-2022, 20:11. Yazar: Admin |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun ilk oyunu keçirilib. Qarabaginfo.az xəbər verir ki, oyunda "Qarabağ" Qəbələ təmsilçisinin qonağı olub. Görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubundan hər iki qolu İbrahima Vadji vurub. Seneqallı hücumçu 6-cı və 14-cü dəqiqələrdə fərqlənərək, bombardirlik yarışında ikinci pilləyə yüksəlib. Aktivində 10 qolu olan 27 yaşlı forvard "Sabah"ın yarımmüdafiəçisi Coy-Lens Mikelsdən cəmi 1 top geri qalır. Bu qələbədən sonra xallarını 58-ə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib və çempionluğa bir az da yaxınlaşıb. Bölgə təmsilçisinin ən yaxın izləyicisi "Neftçi" bu gün "Səbail"lə səfər matçında xal itirsə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 4 tur qalmış qızıl medalları təmin edəcək. "Qəbələ" isə 35 xalla hələlik 4-cü pillədə yer alıb.
Geri dön |