Ana Sayfa > Karusel / Gündəm > Rusiyanın “S-400” zenit-raket kompleksi yığılan müəssisəsində yanğın qurbanlarının sayı artıb

Rusiyanın “S-400” zenit-raket kompleksi yığılan müəssisəsində yanğın qurbanlarının sayı artıb


24-04-2022, 20:05. Yazar: Admin

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

"Dağıntıların təhlili zamanı daha 6 nəfərin meyiti tapılıb. Yanğın qurbanlarının ümumi sayı 17 nəfərdir", - xidmətdən bildirilib.

Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib.


Geri dön