Ana Sayfa > Karusel / Gündəm > DSX: Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

DSX: Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb


24-04-2022, 19:58. Yazar: Admin

DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.


Geri dön