Ana Sayfa > Karusel / Gündəm > İran Körfəzdə iki gəmini saxlayıb

İran Körfəzdə iki gəmini saxlayıb


24-04-2022, 19:25. Yazar: Admin

İran Körfəzdə iki gəmini saxlayıb

İran Körfəzdə yanacaq qaçaqmalçılığına şübhəli bilinən xarici ölkələrə məxsus iki gəmini saxlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Hərbi dəniz qüvvələrinin ikinci bölgə üzrə bölməsinin sözçüsü Qulamhüseyn Hüseyni deyib.

O bildirib ki, Körfəzin şimalında göyərtəsində 200 min litr yanacaq olan gəmi və gəminin 8 heyət üzvü saxlanılıb.

Gəminin hansı ölkəyə məxsus olduğu haqda məlumat verilməyib.

Daha bir gəmi isə 150 min litr yanacaqla saxlanılıb. Bu gəmi yanacağı qonşu ölkələrdən biri üçün daşıyırmış.


Geri dön