Ana Sayfa > Karusel / Gündəm > Əfqanıstanda partlayışlarda bir həftədə 50 uşaq öldü
Əfqanıstanda partlayışlarda bir həftədə 50 uşaq öldü24-04-2022, 13:11. Yazar: Admin |
Son həftə ərzində Əfqanıstanda silsilə partlayışlar nəticəsində azı 50 uşaq həlak olub. Bu barədə Qarabaginfo.az Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) məlumatına istinadən xəbər verir. UNİCEF-in regional direktoru Gorg Larya-Acey rəqəmlərin artmağa davam edəcəyini bildirib. O əlavə edib ki, UNİCEF bütün zərərçəkmiş ailələrə başsağlığı verir. Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə aprelin 21-də Əfqanıstanın üç şəhərində silsilə terror aktları baş verib. (report.az) Geri dön |