BMT-nin Baş katibi Antoniu Quterriş aprelin 25-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində A.Quterrişin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Aprelin 26-da BMT-nin Baş katibi Moskvaya yola düşəcək. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək və Prezident Vladimir Putin tərəfindən qəbul ediləcək.
Həmçinin aprelin 28-də A.Quterriş Ukraynaya səfər edəcək və xarici işlər naziri Dmitro Kuleba və Prezident Volodimir Zelenski ilə danışıqlar aparacaq.