Ana Sayfa > Karusel / Dünya > Honq Konq turistlər üçün sərhədlərini açır

Honq Konq turistlər üçün sərhədlərini açır


24-04-2022, 04:19. Yazar: Admin

Honq Konq turistlər üçün sərhədlərini açır

Honq Konq hakimiyyəti mayın 1-dən öz ərazisini xarici turistlərin üzünə açmaq niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, hələlik yalnız COVID-19-a qarşı peyvənd olunmuş turistlərin girişinə icazə veriləcək. Səyahətçilər həmçinin PCR test də tələb olunacaq.

Bundan əlavə, turistlər ölkəyə gəldikdən sonra antigen testindən keçməli və bir həftə oteldə karantində qalmalı olacaqlar.

Uçuşda olan üç sərnişində virus aşkar edilərsə, ona xidmət edən təyyarə beş gün ərzində Honq-Konqa uça bilməyəcək.

Honq Konq 25 mart 2020-ci il tarixindən turist qəbul etmir.


Geri dön