Ana Sayfa > Karusel / Region > İsraildə qapalı yerlərdə maska ​​taxmaq tələbi ləğv edilib

İsraildə qapalı yerlərdə maska ​​taxmaq tələbi ləğv edilib


24-04-2022, 03:56. Yazar: Admin

İsraildə maska ​​rejimi ləğv edilib

İsraildə 2020-ci ilin aprelindən qüvvədə olan qapalı yerlərdə qoruyucu maskaların məcburi taxılması tələbi ləğv edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Maska tələbinin ləğvi koronavirusa yoluxma potensialı yüksək olan yerlərə, o cümlədən xəstəxanalar, qocalar evləri, doğum evlərinə şamil edilmir.

İsraildə açıq havada qoruyucu maskalar taxmaq tələbi 2021-ci il aprelin ortalarında qaldırılıb.


Geri dön