Ana Sayfa > Karusel / Gündəm > Ukraynada Bolqarıstanın konsulu oğurlanıb

Ukraynada Bolqarıstanın konsulu oğurlanıb


24-04-2022, 01:40. Yazar: Admin

Rusiyanın işğal etdiyi Ukraynanın Melitopol şəhərində Bolqarıstanın fəxri konsulu oğurlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə şəhərin meri İvan Fyodorov milli telemarafonun efirində danışıb.

“Ölkə üzrə 50-dən çox həmkarım oğurlanıb, bu gün 29-u işğalçıların həbsxanalarındadır. Fəallara, iş adamlarına gəlincə, bu, işğalçılar üçün adi təcrübədir, öz fikri, vətənpərvərlik hissləri olan hər kəsi qaçırırlar. Bir neçə saat əvvəl Bolqarıstanın fəxri konsulunun Melitopolda oğurlandığı məlum olub”, - mer vurğulayıb.


Geri dön