Ana Sayfa > Karusel / Gündəm > Namik Ələskərov "Bursaspor"a qələbə qazandırıb
Namik Ələskərov "Bursaspor"a qələbə qazandırıb23-04-2022, 23:55. Yazar: Admin |
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I Liqasında növbəti oyununa çıxıb. Qarabaginfo.az-ın məlumatına görə, "timsahlar" XXXIV turda "Denizlispor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanıb yeganə qolunu 30-cu dəqiqədə Namik Ələskərov vurub. Görüşə start heyətdə başlayan 27 yaşlı yarımmüdafiəçi 55-ci dəqiqədə penaltidən yararlana bilməyib. Ələskərov 64-cü dəqiqədə İsmail Yükseklə əvəzlənib. Qeyd edək ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan "Bursaspor" qələbə sayəsində xallarının sayını 35-ə çatdırıb. Geri dön |